Soyuq deyil, mikroblar xəstə edir


Digərləri 24 Okt 2017 08:51:00 281 0

Soyuq deyil, mikroblar xəstə edir

Qış mövsümüylə birlikdə havaların yaxşıca soyuduğu günlərdə xəstəliklərin sayında əhəmiyyətli dərəcədə artım baş verir. Soyuqdəymə, qrip demək olar ki, qış mövsümünün ən çox rast gəlinən xəstəlikləri arasında yer alır.

Son.az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər qışın görünən xəstəliklərin çoxuna, tənəffüs yoluyla bulaşan virus və bakteriyaların səbəb olduğunu söyləyib.   Əvvəla havanın soyuması, burundan başlayan və ağciyərlərə qədər davam edən tənəffüs yolu problemlərinə və infeksiyalara qarşı mübarizә funksiyalarının azalmasına səbəb olur.   Qış aylarında hərəkətsizliyin artması və günəş işığından daha az istifadə edilməsi də, infeksiyalara zəmin yaradan amillər arasında yer alır. Bu səbəbdən də, soyuq havada xəstələnməyin əsas səbəbi soyuq deyil, mikroblardır.   Xəstəliklərdən qorunmaq üçün immunitetinizi gücləndirin. A və B12 vitaminləri mühüm mənbələrdir. Təzə sıxılmış portağal suyu içməyi və balıq yeməyi unutmayın.