Ağciyər xərçəngi olanlar sağala bilərlər


Digərləri 24 Okt 2017 08:41:00 310 0

Ağciyər xərçəngi olanlar sağala bilərlər

Böyük Britaniyada ağciyər xərçəngindən əziyyət çəkən xəstələr üçün yeni preparatın sınağı keçirilir. "The Telegraph" qəzetində yer alan məlumata görə, yeni preparat survivin adlanan zülalın bloklaşdırılması hesabına işləyir. Bu maddə xərçəng hüceyrələrinin böyüməsinə kömək edir və onların yayılmasının qarşısını alır.

Son.az deyerler.org-a istinadən bildirir ki, eksperiment çərçivəsində Oksford Universitetinin və Britaniyanın xərçəng xəstəliklərinin araşdırılması xeyriyyə fondunun mütəxəssisləri kimyaterapiya müalicəsi fayda verməyən xəstələri iki qrupa ayıracaqlar. Bir qrupa dosetaksel adlı preparar verəcəklər. İkinci qrupa isə dosetakseldən əlavə "LY2181308" adlı eksperimental dərman veriləcək.

Alimlər ümid edirlər ki, "LY2181308" xərçəng hüceyrələrini məhv edəcək və heç bir əks təsirə səbəb olmayacaq. "Əgər uğur əldə edilsə, yeni preparat ağciyər xərçəngi xəstələrinin sağalmaq ehtimalının yaranmasına və onların ömrünün uzanmasına kömək edə bilər".