Mitsubishi 161 min avtomobili geri çağırır


Digərləri 24 Okt 2017 08:33:00 240 0

Mitsubishi 161 min avtomobili geri çağırır

Yaponiyanın "Mitsubishi Motors" avtomobil şirkəti Şimali Amerikadan və Kanadadan 161 min avtomobil geri çağırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, avtomobillərin geri çağırılmasına mühərrikdə yaranan problem olub.

Geri çağırılan avtomobillər 2015-2017-ci illərdə istehsal olunan "Outlander" və "Lancer" modellərdir. Mühərriklərində problem olan avtomobillər əsasən ABŞ-da və Kanadada satılıb.