Bərdədə su kəməri partladı, şəhər susuz qaldı


Digərləri 24 Okt 2017 08:38:00 399 0

Bərdədə su kəməri partladı, şəhər susuz qaldı

Qəzaya su borularının istismar müddətinin başa çatması səbəb göstərilir

Bərdə şəhərinin su təchizatında problem yaranıb.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Bakı küçəsində diametri 250 mm olan su borusunun partlaması nəticəsində Bərdə şəhərinin böyük hissəsi susuz qalıb. "Azərsu" ASC-nin Bərdə Rayon Su Kanalı İdarəsindən qəzanın aradan qaldırılması üçün zəruri tədbirlərin görüldüyü bildirilib: "Su təchizatı, ən yaxşı halda sabah bərpa ediləcək". Qəzaya səbəb kimi, su borularının istismar müddətinin başa çatması göstərilir.