Pentaqon Afrikada əlavə qoşunlara ehtiyac duymur


Dünya 24 Okt 2017 08:03:00 319 0

Pentaqon Afrikada əlavə qoşunlara ehtiyac duymur

Pentaqon hələlik Afrikada əlavə ABŞ hərbçilərinin yerləşdirilməsinə ehtiyac duymur.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin rəhbəri, general Cozef Danford bildirib.

O, qeyd edib ki, hərbi kontingentinin sayının artırılması haqqında danışmaq hələ tezdir: "Afrika İŞİD terror qruplaşmasının girmək istədiyi regionlardan biridir. Biz terrorçulara Liviyanın, Sinayın və Şərqi Afrikanın necə vacib olduğunu bilirik".