Günahsız adamlara "vampir" damğası vurub qətlə yetirdilər ÖLKƏ QARIŞDI


Digərləri 23 Okt 2017 23:30:00 533 0

Günahsız adamlara "vampir" damğası vurub qətlə yetirdilər  ÖLKƏ QARIŞDI

Afrikanın cənubi şərqində yerləşən Malavidə ölkə bir-birinə qarışıb.

Son.az xəbər verir ki, yerli hüquq-mühafizə orqanları vampir olduğunundan şübhələnərək 8 nəfəri qətlə yetirən 140 nəfəri həbs edib.

Vampir qorxusu üzündən bəzi bölgələrdə küçəyə çıxmaq da qadağan edilib. İki kənddə üst-üstə 8 nəfər öldürülüb.

Malavi Daxili İşlər naziri Nikolas Dausi oktyabrın əvvəllərində pomadanı çox çəkdiyi üçün qan içdiyi ehtimal olunan qadının öldürülməsini bədbəxt hadisə kimi qiymətləndirib.

Polisin məlumatına görə, öldürülənlərdən biri yandırılıb, biri isə linç edilib.