Facebook profili 100 manata sındırırlar VİDEO


Digərləri 23 Okt 2017 23:01:00 343 0

Facebook profili 100 manata sındırırlar  VİDEO

Başqasının Facebook hesabını sındırmaq və "votsap" yazışmalarını əldə etmək cəmi yüz manata.

Üstəlik bundan əlavə şəxsi həyata müdaxilə edən əlavə bəzi xidmətlər də təklif olunur. Qarşı tərəfin şəxsi foto və videolarına baxmaq, harada olduğunu və bütün sosial şəbəkələrdə kimlərlə yazışdığı izləməyin yollarını da öyrədirlər. Son.az bildirir ki, internetdə bu xidmətləri təklif edən hakerlər açıq şəkildə internetdə elan verirlər. Onların özləri də etiraf edir ki müştəri cəhətdən heç də qıtlıq çəkmirlər onlar ən çox müraciət ednələr isə qadınlardır. Qiymət isə sındırılan sosial media hesabına görə dəyişir.

Bu şəxs istənilən profili sındırmağın mümkün olduğunu deyir. Etdiyi işin qanunsuz olduğunu dedikdə isə özünün kəşf etdiyi dırnaqarası qanunla özünə bəraət qazandırır.

Mütəxəssislər də hesabların sındırılmasının mümkünlüyünü, buna isə yetərli təhlükəsizlik tədbirlərini görməyən istifadəçilərin rəvac verdiyini deyirlər. İşin hüquqi tərəfinə gəldikdə isə başqasının şəxsi internet hesabını sındıranlarla yanaşı bunu sifariş edənlər də Azərbaycan qanunnvericiliyinə əsasən cinayət məsuliyyəti daşıyır.