Avropanın 100 milyon maaş alan ULDUZLARI: İnanılmaz RƏQƏMLƏR TOP20


Digərləri 23 Okt 2017 23:07:00 338 0

Avropanın 100 milyon maaş alan ULDUZLARI: İnanılmaz RƏQƏMLƏR  TOP20

Forbes hər il ən yüksək maaşlı məşhurların reytinqini dərc edir.

Yeni reytinqdə 2017-ci ildə Avropanın ən yüksək maaş alan ulduzlarının siyahısı yer alıb. Qazanclar illlik miqyasla göstərilib. Son.az siyahını geniş icmalla təqdim edir.

20. Zlatan İbrahimoviç

Ölkə: İsveç Gəlir: $32 milyon İbrahimoviç - bosniya-xorvat əsilli İsveç futbolçusudur. İsveç yığmasının keçmiş kapitanıdır. O, müasir həmkarları içərisində ən müəmmalı hücumçu hesab olunur. İsveç yığmasında oyuna ilk dəfə 2001-ci ildə çıxıb. 4 Avropa çempionatında (2004, 2008, 2012 və 2016 il) oynayıb və 2 dünya çempionatının (2002 və 2006 il) iştirakçısıdır. İsveç yığmasının tarixində ən çox qol vuran futbolçudur. "Nike" firması ilə sponsor müqaviləsinə malikdir.

19. Konnor Makqreqor

Ölkə: İrlandiya Gəlir: $34 milyon Konnor Makqreqor - sərbəst döyüş sənətlərinin irlandiyalı təmsilçisidir. O, həmçinin peşəkar boksda da çıxış edir. Yüngül çəki kateqoriyasında UFC himayəsi altında çıxış edir. Yüngül çəki kateqoriyasında UFC himayəsi altında qüvvədə olan çempiondur.

18. Qaret Beyl

Ölkə: Böyük Britaniya Gəlir: $34 milyon Qaret Beyl - Uels futbolçusudur, ispan klubu "Real Madrid"in şərəfini qoruyur və Uels yığmasının əsas üzvüdür. Ekstremal hücumçu yüksək sürət və zərbəsilə fərqlənir. "Real Madrid" klubunun tərkibində UEFA Çempionlar Liqasının üçqat qalibidir. "Adidas", "Electronic Arts", "Sony", və "Footlocke" şirkətləri ilə sponsor müqavilələrinə malikdir ki, bu da uğurlu idmançıya ildə 11.5 milyon dollar gəlir gətirir.

17. Fernando Alonso

Ölkə: İspaniya Gəlir: $36 milyon Fernando Alonso - ispan yarış sürücüsüdür, "Formula 1" seriyasının 2005 və 2006 illər üzrə ikiqat dünya çempionu və 2010, 2012, 2013-cü illər üzrə üçqat vitse-çempionudur. 2014-cü dekabr ayından etibarən "Maklaren" komandasının yarışçısıdır.

16. Ed Şiran

Ölkə: Böyük Britaniya Gəlir: $37 milyon Ed Şiran - Britaniyanın müəllif-ifaçısı, musiqiçi və aktyordur. Birinci ticari müvəffəqiyyətə 2011-ci ilin iyun ayında nail olub. O zaman onun "The A Team" adlı sinqlı Britaniya çartında 3-cü yeri tutub. Şiranın "Thinking Out Loud" mahnısı ona 2016-cı ildə iki "Qremmi" mükafatı qazandırıb. 2017-ci ilin yanvarında isə "Shape of You" sinqlı ABŞ-da satış üzrə lider pillədə qərarlaşmışdı.

15. Novak Cokoviç

Ölkə: Serbiya Gəlir: $37.6 milyon Novak Cokoviç - serbiyalı peşəkar tennisçidir. O, bir neçə dəfə reytinq üzrə dünyanın lider tennisçisi olmuş, dəfələrlə karyerasında "Böyük dəbilqə"nin sahibidir.

14. Sebastyan Fettel

Ölkə: Almaniya Gəlir: $38.5 milyon Sebastyan Fettel - almaniyalı yarış sürücüsüdür. "Formula 1" seriyasının 2010, 2011, 2012 və 2013 illər üzrə dördqat dünya çempionudur. Eyni zamanda o, 2010-cu ildə Almaniyada ilin ən yaxşı idmançısı seçilib. 13. Tiyosto

Ölkə: Niderland Gəlir: $39 milyon Tiyesto - niderlandlı didjey, musiqi prodüseri, bəstəkar, həmçinin geyim və filantrop dizayneridir. Elektron rəqs musiqisinin tarixində ən titullu didjeylərdən biridir. Üç il boyunca ardıcıl olaraq, 2002, 2003 və 2004 illərdə dünya reytinqində "DJ Mag Top 100"ün 1 nömrəli didjeyidir. O, həmçinin 2007, 2008 və 2009 illərdə üç dəfə "International Dance Music Awards" versiyasına görə dünyanın ən yaxşı didjeyi seçilib.

12. Saymon Kouell

Ölkə: Böyük Britaniya Gəlir: $43.5 milyon Saymon Kouell - britaniyalı televiziya aparıcısı, prodüser, filantrop, "Syco" şirkətinin rəhbəridir. Britaniya şoubiznesinin nəhəng nümayəndələrindən biri sayılır. Ona məxsus "American Idol", "Pop Idol", "The X Factor UK" və "Britain's Got Talent" kimi məşhur televiziya şoularında həm də münsif sədridir.

11. Lyuis Hemilton