"Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir"


Siyasət 23 Okt 2017 22:24:00 453 0

"Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir"

Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir və bu çox təhlükəlidir. Son.az bildirir ki, bunu Trend-ə Avropa Siyasi Mərkəzinin analitiki Amanda Pol deyib.

A.Pol vurğulayıb ki, Ermənistanın və ümumiyyətlə regionun hərbiləşdirilməsi heç də müsbət hal deyil, lakin Yerevan görünür ki, Azərbaycanın hərbi potensialını üstələməkdə ehtiyac duyur.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir.

A.Pol bildirib: "Rusiya Ermənistanın ən böyük himayədarıdır. Çünki Rusiya Ermənistanda hərbi bazasının olmağından əlavə, Ermənistana və Azərbaycana böyük miqdarda silah satır və bunu özünün balanslaşdırılmış siyasətinin bir hissəsi kimi əsaslandırır.