Dodaqlarınızı teztez yalamayın...


Digərləri 23 Okt 2017 21:48:00 323 0

Dodaqlarınızı teztez yalamayın...

Dodaq çatlarına bütün mövsümlərdə, xüsusilə də qış aylarında rast gəlinir. Bəs dodaq çatını yaradan səbəblər hansılardır? Son.az ailem.az-a istinadən bununla bağlı məlumatları diqqətinizə çatdırır.

Cild quruluğu   Ağrı yaradan dodaq çatlarının ən böyük səbəblərindən biri quru dəri və soyuq havalardır.   Günəş işığı   Günəş işığı əhəmiyyətli səbəblərdən biridir. Xüsusilə yaz aylarında xeyli məruz qaldığımız günəş şüaları orqanizmdəki nəmi buxarlaşdıraraq, dodaqlarımızı qurudur və çatladır.   Susuzluq   Gün ərzində kifayət qədər su içmədikdə hüceyrələrin susuz qalması dodaq quruluğuna və çatlarına səbəb olur.   Keyfiyyətsiz kosmetik vasitələr   İstifadə edilən bəzi kosmetik vasitələr də dodaqlarınızda çat yarada bilər. Keyfiyyətsiz kosmetik vasitələr dodaq quruluşunuza zərər verərək, mikrob düşməsinə səbəb olur.   Vitamin çatışmazlığı   Dodaq çatlaması bəzi qan xəstəliklərinin xəbərçisidir. A, B2 və B3 vitaminlərinin çatışmazlığı da dodaq çatlaması ilə nəticələnir.   Ağız suyu   Tez-tez ağız suyu ilə isladılan dodaqlarda çatlar yaranır. Tüpürcəyinizlə tez-tez islatdığınız dodaqlarınız onun tez buxarlanması nəticəsində inanılmaz şəkildə quruluğa və yaralar yaranmasına səbəb olur.   Ağızla alınan nəfəs   Adətən yatarkən ağızdan alınan nəfəs də dodaq quruluğuna və çatlamasına səbəb olur. Burun tıxanıqlığı səbəbi ilə ağızdan nəfəs alan şəxslərin də dodaqları quruyur və çatlayır.