"Yarım milyonluq ev, 120 minlik avtomobil" Biznes lediyə çevrilən azərbaycanlı aktrisanın "bahalı həyatı" FOTO


Kriminal 23 Okt 2017 21:03:00 378 0

"Yarım milyonluq ev, 120 minlik avtomobil"  Biznes lediyə çevrilən azərbaycanlı aktrisanın "bahalı həyatı"  FOTO

“Aktrisalıq sənətinə hobbi kimi baxırdım”

Aktrisa Aysel Bayramovanın Son.az-a müsahibəsi.

- Aysel, "My name is İntiqam" filminə çəkiləndən sonra, demək olar ki, film karyeranıza son qoydunuz. Sənətdən uzaqlaşmağınız nə ilə əlaqədar idi?

- Bu film mənə çox uğur və səs-küy gətirdi. Filmə görə ailəmdə müəyyən narazılıqların olduğunu da gizlətməyəcəyəm. Bu sahənin mənim təbiətimə, tərbiyəmə uyğun olmadığını görüb sənətdən uzaqlaşdım. Çünki bu sahəyə aid olmayan insanlarla adımın hallanmağını istəmirdim. Artıq 3 ildir ki, daha ciddi və hörmətli sahədə çalışıram.

- "My name is İntiqam" filmində açıq-saçıq səhnələr çox idi. Yəqin ki, ailəniz tərəfindən də sərt təpki ilə qarşılaşmısız.

- Orada açıq-saçıq bir şey yox idi. Sadəcə, normal həyatda hər kəsin geyindiyi şortiklə çəkilmişdim. Filmin özü ikibaşlı zarafatlardan ibarət olduğu üçün ailəmdə narazılıq olmuşdu. Qeyd edim ki, bu film son təqdimatı olan filmlər arasında ilk ən böyük qala gecəsi, tamaşaçı kütləsi ilə yadda qalmışdı.

- Sənətdən uzaqlaşmağınız təmiz adınızı qorumağınızla bağlı idi?

- Bəli, mən hər zaman illərlə bunu qorumuşam. Bu səbəbdən də heç vaxt üzdə olmaq istəməmişəm. Kənarda dayanıb öz işimlə məşğul olmuşam. Çünki mənim üçün ləyaqət, xanımlıq hər şeydən önəmlidir. Mən bu sahəyə heç vaxt ciddi yanaşmamışam. Aktrisalığa hobbi kimi baxırdım. Bilirdim ki, müəyyən bir yaşdan sonra ciddi işlərlə məşğul olacağam.

- Siz modellik sahəsindən aktrisalıq sənətinə gəlmişdiniz. Model olduğunuza görə kifayət qədər cəsarət sahibi olduğunuz bəllidir.

- Bəli, mən "Best model Azərbaycan", "Miss Azərbaycan" və "Miss şarm" gözəllik yarışmalarında olmuşam. Amma heç vaxt açıq-saçıq podiumlarda olmamışam, bu cür fotosessiyalarda çəkilməmişəm. Bu sənətdə müəyyən sərhədlərim olub. Mənim modellik fəaliyyətim aktrisalıq fəaliyyətimdən daha az olub.

- Heç çəkiliş meydançası üçün darıxmırsınız?

- Qətiyyən darıxmıram. Çünki hal-hazırda bu sahədə elə iyrəncliklər baş verir ki, sənətdən uzaqlaşdığım üçün sevinirəm.

- Deməli, sadəcə, çəkilmək, tanınmaq üçün bu sənətə gəlmişdiniz?

- Xeyr, tanınmaq mənim üçün heç vaxt önəmli olmayıb. Buna heç vaxt can atmamışam. Həmişə kölgədə qalmaq istəmişəm ki, bu, mənim gələcək həyatıma mane olmasın.

- Qadın sənətçilər o halda sənətdən uzaqlaşır ki, artıq ailə həyatı qurmağa qərar verirlər. Olmaya ailə həyatı qurmağa hazırlaşırsız?