"Atletico"nun heyətində növbəti itki


İdman 23 Okt 2017 21:08:00 313 0

"Atletico"nun heyətində növbəti  itki

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan "Atletico" itki ilə üzləşib. Goal.az xəbər verir ki, Madrid klubunun üzvü Xose Ximenes sıradan çıxıb. Uruqvaylı müdafiəçi dünən məşq zamanı narahatlıq yaşayıb. Əvvəlcə bunun butsları ilə bağlı olduğunu düşünsə də, az sonra fikrində yanılıb. Ximenes butslarını dəyişəndən sonra da ayağında ağrıların olduğunu hiss edib. 22 yaşlı mərkəz müdafiəçisi məşqi yarımçıq tərk etmək məcburiyyətində qalıb. Ximenesin zədəsinin ciddi olub-olmadığı tam tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək. Koke və Yannik Karraskonun zədəsini hələ sağaltmadığı bildirilir. Bu futbolçular yalnız trenajor zalında məşq edirlər.

Bakıda “Qarabağ”la qolsuz heç-heçə edən “Atletico” oktyabrın 31-də Ağdam klubunu öz meydanında qəbul edəcək.