Səudiyyə Ərəbistanı öz kapital bazarlarını xarici investorlara açır


İqtisadiyyat 23 Okt 2017 19:45:00 287 0

Səudiyyə Ərəbistanı öz kapital bazarlarını xarici investorlara açır

Qaydaların qanunla qadağan edilən sektorlara şamil edilməyəcəyi bildirilib

Səudiyyə Ərəbistanı qeyri-rezidentlərə birjada tədavül edən şirkətlərin səhmlərində strateji ortaq olmağı mümkün edən plan üzərində çalışdığını bildirib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, S.Ərəbistanının kapital bazarlarının idarə edilməsi qurumu (CMA) və Baş investisiya idarəsi (SAGİA) qeyri-rezidentlərə birjada olan şirkətlərdə 10% və ya daha çox olmaq üçün, həmçinin səsvermə haqqı təqdim edən strukturun yaradılması barədə memorandum imzalayıb. Bu qaydaların qanunla qadağan edilən sektorlara şamil edilməyəcəyi bildirilib.

Qeyd edək ki, yeni qaydalar S.Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco"nun da səhmlərinə aid ediləcək. Qaydaların ümummilli islahatlar çərçivəsində aparıldığı deyilir. Xatırladaq ki, S.Ərəbistanının fond birjası indeksi "Tədavül"ün bazar kapitalizasiyası 440 mlrd. dollar olmaqla Ərəb ölkələri arasında ən dəyərli birja sayılır.