Ermənistan prezidenti Rusiya ilə “Birləşmiş qoşun qruplarının” yaradılması haqqında razılaşmanı təsdiqləyib


Dünya 23 Okt 2017 19:16:17 276 0

Ermənistan prezidenti Rusiya ilə “Birləşmiş qoşun qruplarının” yaradılması haqqında razılaşmanı təsdiqləyib

Həmçinin İordaniya Haşimilər Krallığı hökuməti ilə Ermənistan arasında qarşılıqlı müdafiə haqqında razılıq ratifikasiya olunub

Ermənistan prezidenti Serj Sarqaysan “Rusiya Federasiyası və Ermənistan Silahlı Qüvvələrinin Birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında razılığ”ı oktyabrın 23-də təsdiqləyib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məlumatı Ermənstan prezdentinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, Serj Sarqsyan Rusiya, Belarus və Ermənistan arasında “Müdafiə sistemləri” dövlətlərarası maliyyə-sənaye qrupunun yaradılması haqqında razılşamanı təsdiqləyib.

Məlumatda həmçinin o da bildirilir ki, İordaniya Haşimilər Krallığı hökuməti ilə Ermənistan arasında sərmayələrin stimullaşdırılması və qarşılıqlı müdafiəsi haqqında razılıq da ratifikasiya olunub.