"Tesla" Çində elektromobil zavodu inşa etmək niyyətindədir


İqtisadiyyat 23 Okt 2017 18:45:34 303 0

"Tesla" Çində elektromobil zavodu inşa etmək niyyətindədir

Zavod tamamilə "Tesla"ya aid olacaq

"Tesla" ABŞ-ın elektromobil istehsalçısı öz şəxsi istehsal müəssisəsini Şanxay azad ticarət bölgəsində qurmaq istədiyini bildirib. 

"Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, anlaşma həyata keçərsə, bu, Çində xarici avtomobil istehsalçıları ilə ilk dəfə həyata keçən əməliyyat olacaq. 

Belə ki, bu günədək avtomobil nəhəngləri yerli şirkətlərlə istehsal prosesində birgə əməkdaşlıq edib, onlarla mənfəətlərini və texnologiyalarını paylaşmağa məcbur olublar.

Qəzet yazıb ki, "Tesla" Çin hökuməti ilə tamamilə özünə aid olacaq zavodun inşa olunması anlaşmasında razılığa gəlib. Hazırda anlaşmanın detallarının müzakirə olunduğu bildirilir.