İtaliyadan gətirilmiş bitkilərdə təhlükə


Digərləri 23 Okt 2017 18:48:00 305 0

İtaliyadan gətirilmiş bitkilərdə təhlükə

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə növbəti dəfə zərərli orqanizm aşkar edilib.

21 oktyabr 2017-ci il tarixdə İtaliya Respublikasından Azərbaycan Respublikasına idxal edilən "Pittosporum tobira Ball" adlı dekorativ bitkilər üzərində növbəti dəfə karantn tətbiq edilən zərərli orqanizm aşkar olunub.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) Bakı-Abşeron rayonlararası Bitki Karantin Məntəqəsinin müfəttişləri tərəfindən həyata keçirilən növbəti fitosanitar baxış zamanı götürülmüş nümunələrin Respublika Karantin Ekspertiza Mərkəzində ekspertizası zamanı aşkar edilmiş zərərli orqanizmin karantin tətbiq edilən Avstraliya şırımlı yastıcası (Icerya purchasi Maskel, 1878) olması təsdiq edilib.

DFNX-dan Son.az-a verilən məlumata görə, karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq Dövlət Xidməti tərəfindən sirayətlənmiş bitkilərin məhv edilməsinə qərar verilib və bitkilər karantin tədbirləri sisteminə riayət edilməklə Sumqayıt şəhərinin "Təmizlik Departamenti" MMC-nin poliqonunda məhv edilib.