Tarzən Ramiz Quliyevin yaradıcılıq gecəsi keçiriləcək


Kriminal 23 Okt 2017 18:18:00 327 0

Tarzən Ramiz Quliyevin yaradıcılıq gecəsi keçiriləcək

Oktyabrın 31-də, saat 19:00-da  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə  Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, ustad tarzən Ramiz Quliyevin "Səslən tarım" adlı yaradıcılıq gecəsi keçirilirəcək.

Qeyd edək ki, tədbir Beynəlxalq Muğam Mərkəzinin və Mədəniyyət kanalının birgə layihəsidir.

Son.az xəbər verir ki, konsertdə Xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova, Əməkdar artistlər İlkin Əhmədov, Təyyar Bayramov, Səbuhi İbayev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov,xanəndələr Arzu Əliyeva, Aytən Məhərrəmova, Abgül Mirzəliyev, Rəvanə Qurbanova, Səbinə Ərəbli çıxış edəcəklər.

İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı müşayiət edəcək. Ansamblın bədii rəhbər Xalq artisti Adil Bağırovdur.