Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı


Digərləri 23 Okt 2017 17:22:00 283 0

Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı

Tovuz rayonunda bədbəxt hadisə baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib. Qəsəbə sakini, 1957-ci il təvəllüdlü Quliyev Ramil Rüstəm oğlu usta işlədiyi yerdə elektrik mişarı (laqonda) ilə işləyərkən ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Hadisə nəticəsində mişar R.Quliyevin sol əlini doğrayıb.