Qalmaqallı "Matilda" dünya premyerasından 3 gün öncə "CinemaPlus"da


Digərləri 23 Okt 2017 17:24:00 311 0

Qalmaqallı "Matilda" dünya premyerasından 3 gün öncə "CinemaPlus"da

Premium kinoteatr "CinemaPlus 28 Mall"da 23 oktyabr 19:15-də qalmaqallı tarixi dram olan "Matilda" filminin dünya premyerasından 3 gün öncə nümayişi keçiriləcək. Ssenarinin hazırlanmasında aralarında Amerika və Fransadan olan 10-dan çox ssenarist iştirak etmişdir. Paltarların hazırlanmasına 17 tondan çox parça sərf olunmuşdur, cəmi isə 5 min geyim hazırlanmışdır.  

Son.az xəbər verir ki, rejissor Aleksey Uçitel. Rollarda Mixalina Olşanska, Lars Aydinger, Luiza Volfram, Danila Kozlovskiydir.

Film haqqında qısa məlumat: Sonuncu imperator və rus baletinin nüfuzunun möhürünü vurmuş balerina. Rus tarixini dəyişməyə qadir bir eşq hekayəsi. Əfsanəyə çevrilmiş məhəbbət. Hər bir insanın həyatında onu həmişəlik dəyişə biləcək günlər olur. Ən vacib gün gəldikdə isə sevginin sədasına səs verirsən. Amma imperator gözəlliyi ilə onu dəli-divanə edən rəqqasəni səvərsə.Uspenskiy kilsəsi, Kreml, çar imaratləri, Mariinskiy və Böyük teatrın səhnələri - bir sözlə, əbədi Rusiyanın döyünən ürəyi.

Premyeraya bilet almaq istəyənlər "Cinema Plus"un rəsmi saytında və eyni zamanda "CinemaPlus 28 Mall"kinoteatrın kassalarından almaq olar.


Xəbərə aid video