"Xocalı Soyqırımını Tanıtma" təşkilatı Dövlət Komitəsindən narazıdır FOTO


Digərləri 23 Okt 2017 17:00:00 253 0

"Xocalı Soyqırımını Tanıtma" təşkilatı Dövlət Komitəsindən narazıdır  FOTO

"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin Qarabağ Regional Departamentinin növbədənkənar hesabat - seçki yığıncağı keçirilib.

Təşkilatdan Son.az-a verilən məlumata görə, Bərdədə keçirilən yığıncağı Qarabağ müharibəsi veteranı, sabiq tabor komandiri Gəray Əsədov açıb. İclasda şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

İclasda çıxış edən Birliyin sədri, Qarabağ qazisi Şamil Sabiroğlu çıxış edərək hələ də ofislərinin olmamasından şikayət edib:

"Təəssüflər olsun ki, ictimai fəallığı ilə seçilən "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi və onun filialları hələ də daimi ofislə təmin edilməyiblər. Əmlak Məsələləri Dövlət Komitəsinin məsul əməkdaşları bu özbaşınalığa görə birbaşa məsuliyyət daşıyırlar. Hesab edirəm ki, biz, birgə səylərimizlə Birliyin ofis problemini həll etməliyik".

Ş.Sabiroğlu əlavə edib ki, təşkilatın bütün şəhər və rayon şöbələrində hesabat-seçki yığıncaqları keçirilməli, vəzifəsinin öhdəsindən gəlməyən şöbə sədrləri yenilərilə əvəz edilməlidir. Daha sonra Regional Departamentin sədri, Qarabağ qazisi, II dərəcəli müharibə əlili Rizvan Qasımovun hesabatı dinlənilib. Məruzə ətrafında çıxış edən şəhid anası Fəxrəndə Abdullayeva, müharibə əlil və veteranları - Elbrus Rüstəmov, Camal Canbaxışov, Yunis Cabbarov, gənc fəal Rauf Bayramov, şair-publisist Aqşin Hacızadə, "Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri, şəhid Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Naibə Behbudova və başqaları maraqlı fikirlər səsləndirib, konkret təkliflər irəli sürüblər.


Xəbərə aid fotolar