UEFA 3 klubu cəzalandırıb


İdman 23 Okt 2017 17:09:00 301 0

UEFA 3 klubu cəzalandırıb

UEFA Çempionlar Liqasında çıxış edən üç klubu cəzalandırıb. Goal.az xəbər verir ki, qurumun İntizam Komitəsi PSG, “Celtic” və “Basel”lə bağlı qərarını açıqlayıb.

Qrup mərhələsinin I turunda PSG-yə 0:5 hesabı ilə uduzan “Celtic” 10 min avro ödəməli olacaq. Buna səbəb 21 yaşlı şotland azarkeşin meydana çıxıb Mbappeni vurmaq istəməsidir. Oturacaqları sındırmaqda günahkar bilinən Fransa klubu isə 5 min avro ziyana düşüb.

“Manchester United”lə ilk turun görüşündə pirotexniki vasitələrdən istifadə edən “Basel” fanatları da komandalarının cərimələnməsinə səbəb olub. Öz meydanında 0:3 hesabı ilə uduzan isveçrəlilər 12 min avro ödəməlidir.