Qoca qadını avtomobillə vurub qaçan sürücü tutulub


Sosial 23 Okt 2017 16:56:10 284 0

Qoca qadını avtomobillə vurub qaçan sürücü tutulub

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb

Dünən Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə Rayon Polis İdarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hadisə yerinə gələn istintaq-əməliyyat qrupu tərəfindən ərazi ətraflı müayinə olunub, zəruri tədbirlər həyata keçirilib. Məlum olub ki, yolu keçmək istəyən Binəqədi qəsəbə sakini, 77 yaşlı Xanım Nəbiyeva naməlum avtomobillə vurulub və o, hadisə yerində ölüb.

Təxirəsalınmaz tədbirlərlə hadisənin “Lada Granta” markalı avtomobillə törədilməsi məyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin yeri müəyyənləşdirilib və onu idarə edən şübhəli şəxs qismində saxlanılaraq Polis İdarəsinə gətirilib.

İstintaqa təhvil verilən şəxsin Bakı şəhər sakini Akif Məmmədov olduğu məlum olub.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.