Ukrayna Rusiya təbii qazının alınması ilə bağlı şərt irəli sürüb


Dünya 23 Okt 2017 16:40:31 302 0

Ukrayna Rusiya təbii qazının alınması ilə bağlı şərt irəli sürüb

Ukrayna baş nazirinin müavini: “Keçmişdə cəlbedici şərtlər bizi özünə bağlamışdı”

Ukrayna Rusiya təbii qazını almaqla bağlı şərt irəli sürüb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini Vladimir Kistion bildirib.

“Heç vaxt olmayacaq demə. Pulsuz pendir siçan tutan tələdə olar. Keçmişdə cəlbedici şərtlər bizi özünə bağlamışdı. Ona görə də keçmişdəki təcrübəni təhlil edərək qərar qəbul etdik. Təbii qazötürmə məntəqəsi Ukraynanın şərqindən qərbinə köçürülərsə, Kiyev Rusiyadan təbii qazın alınması məsələsinə qayıda bilər. İndiki formatda təbii qazın alınması çoxlu riskli və məsuliyyətsiz addımdır”, - baş nazirin müavini vurğulayıb.

Rusiyanın energetika naziri Aleksandr Novak isə deyib ki, başçılıq etdiyi nazirlik təbii qazın nəqlinin marşrutunun dəyişdirilməsini məqsədəuğyun saymır.