Misir qəzeti Bakı Şopinq Festivalından yazdı


Digərləri 23 Okt 2017 16:23:00 291 0

Misir qəzeti Bakı Şopinq Festivalından yazdı

Misirin "Şəbəb əl-Nil" qəzeti oktyabrın 15-dən start götürən ikinci Bakı Şopinq Festivalı barədə məqalə dərc edib.

Son.az bakushopfest-ə istinadən xəbər veirr ki, yazıda bilridilir ki, Mədəniyyət və turizm nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən təşkil edilən festival respublikaya turist axınının gücləndirilməsi, əhalinin alıcılıq qabiliyyətinin təşviq edilməsi məqsədini güdür.

Qəzet bu dəfəki festivalın öz alıcılarını maraqlı tədbirlərlə, əyləncəli proqramlarla və eksklüziv təkliflərlə sevindirdiyini yazır.

Qeyd edilir ki, alıcıların alış-verişdən daha çox həzz alması və qazanması üçün 500-ə yaxın ticarət obyekti, market, turizm şirkəti fesivala qoşulub. Festivalda geyim, elektronika məhsulları, saatlar, ətriyyat, məişət texnikası və s. kimi seçilmiş mallara 70%-ə qədər endirimlər təklif edilir.