Novruz Məmmədov: AŞ PA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib


Digərləri 23 Okt 2017 15:24:00 278 0

Novruz Məmmədov: AŞ PA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib

AŞ PA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib.

Bakı. AŞ PA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib. N.Məmmədov qeyd edib ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı qərəzli bir qurumdur: "AŞ PA iki ölkəni qəbul edib, lakin onlardan biri digərinin ərazilərini bütün bu illər ərzində işğal altında saxlayır. AŞ PA-dan bunu tələb etmək lazımdır ki, əgər sən ədalətli bir qurumsansa, ədalət tərəfdarısansa, niyə bununla bağlı heç bir söz demirsən, heç bir qərar qəbul etmirsən?! AŞ PA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib. Azərbaycan isə inkişaf edir, böyük nüfuzu var, ölkənin münaqişədə olmasına baxmayaraq, sabitliyini, təhlükəsizliyini, davamlı inkişafını necə lazımdır təmin edir, regionda, beynəlxalq aləmdə nüfuzu artır". O əlavə edib ki, Azərbaycan kiçir bir dövlət olsa da, Şimal, Cənub, Şərq, Qərb kimi mühüm dəhlizlərin, yəni İpək Yolunun yenidən bərpa olunmasında həm təşəbbüskardır, həm iştirakçıdır, həm də aparıcı bir rol oynayır: "Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP layihələri, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu – bütün bunların hər biri Azərbaycanın 26 ildə həyata keçirdiyi böyük işlərdir. Dünyanın ən böyük dövlətləri belə, bu cür miqyasda işlər görməyiblər. Bütün bunlar Azərbaycanın beynəlxaq aləmdə yerini, rolunu göstərir. Bu isə çox təəssüflər olsun ki, Qərbdə bəzi dairələrin xoşuna gəlmir. Axtarırlar ki, hansısa yolla bir şey desinlər, bir fikir söyləsinlər. Azərbaycan ərazilərini 25 ildən artıqdır ki, işğal altında saxlayan işğalçı Ermənistan haqqında isə bir dəfə də olsun söz demirlər, amma Azərbaycanla bağlı balaca bir söhbət olan kimi danışırlar".