Kataloniya parlamenti oktyabrın 26da qərar verə bilər


Dünya 23 Okt 2017 14:51:00 294 0

Kataloniya parlamenti oktyabrın 26da qərar verə bilər

Kataloniya parlamenti oktyabrın 26-da keçiriləcək iclasında regionun müstəqilliyini elan edə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, Kataloniya rəhbəri Karles Puçdemont Madridin bir neçə gün əvvəl Kataloniya ilə bağlı qərarını "demokratiyaya hücum" adlandırıb.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Muxtar vilayət hələ müstəqilliyini elan etməyib.