Novruz Məmmədov: "Mövcud münaqişələr xüsusən Qərb dövlətlərinin siyasətinin nəticəsidir"


Digərləri 23 Okt 2017 14:22:31 333 0

Novruz Məmmədov: "Mövcud münaqişələr xüsusən Qərb dövlətlərinin siyasətinin nəticəsidir"

Bu gün dünyada mövcud olan münaqişələr kiçik dövlətlərin fəaliyyətinin nəticəsi deyil, xüsusən Qərb dövlətlərinin apardıqları siyasətin nəticəsidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, artıq bu, bumeranq kimi Avropanın özünə qayıdır: "Avropanın özündə separatizmə mənbə olacaq məqamlar kifayət qədər çoxdur. Onlar əvvəlcədən ədalətli mövqe tutmadıqları, separatizmi açıq və örtülü formada dəstəklədikləri üçün artıq bu gün belə problemlərlə üzləşirlər. Hazırda bu problemlərlə üzləşən ölkələrə vaxtında deyirdik ki, gəlin, separatizmə qarşı mövqe bildirin. İndi həmin ölkələr bizə deyirlər ki, separatizmə qarşı mövqe bildirin. Bu günlərdə İtaliyanın iki vilayət iqtisadi müstəqillik istəyir, bu, ilk addım ola bilər. Böyük Britaniyada İrlandiya, Şotlandiya kimi problemləri var. Geosiyasi maraqlara tabe olmaqdansa, ədalətli prinsiplər ortaya qoysaydılar, bu gün belə hallar da olmazdı. Ona görə də Avropada və dünyada prosesləri dəqiq proqnozlaşdırmaq çətin olur. Təəssüflər olsun ki, indi belə vəziyyət yaranıb".