Hicablı moda Londonu fəth etdi VİDEO FOTO


Digərləri 23 Okt 2017 14:24:00 516 0

Hicablı moda Londonu fəth etdi  VİDEO  FOTO

Londonda keçirilmiş ilk "London Modest Fashion Festival"da müsəlman xanım modelyerlərin kolleksiyaları nümayiş olunub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Fəhrin Mir və Sultanə Təfadarın təşəbbüsü ilə hazırlanmış nümayiş böyük maraqla qarşılanıb.

Bu kolleksiyaların Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində və Qətərin paytaxtı Dohada da nümayişi nəzərdə tutulub.

Londondakı "Grosvenor House" otelində keçirilmiş moda festivalındakı nümayiş təşkilatçıları, londonlu həkim Fəhrin Mir və vəkil Sultanə Təfadarın dediklərinə görə, məqsəd müsəlman xanımların geyimi ilə bağlı Qərbdəki stereotipləri dağıtmaqdır.

Modellər arasında əslən Somalidən olan 20 yaşlı amerikalı Hamila Aden də vardı.

Keniyadakı qaçqın düşərgəsində doğulmuş Hamilanın 6 yaşı olanda ailəsi ABŞ-a mühacirət edərək Minnesota ştatındakı Sent-Klaud şəhərində yaşamağa başlayıb.