Emin Ağalarov ağladı VİDEO


Kriminal 23 Okt 2017 14:28:00 455 0

Emin Ağalarov ağladı  VİDEO

Rusiyada yaşayan müğənni-bəstəkar Emin Ağalarov Muslüm Maqomayevin 75 illiyinə həsr olunmuş konsertdə ağlayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağalarov səhnədə Sergey Volçkov, Aleksandr Panayotov və Tamara Qverdçiteli ilə birgə SSRİ xalq artistinin "Синяя вечность" mahnısını səsləndirib. 

İfa zamanı Maqomayevin görüntüləri verilməyə başlayıb və zalda hər kəs ayağa qalxaraq məşhur müğənnini alqışla yad ediblər. Bu zaman Emin və T. Qverdçiteli göz yaşlarını saxlaya bilməyib.

Bundan başqa, konsertdə opera ifaçısının xanımı Tamara Sinyavskaya, azərbaycanlı biznesmen Araz Ağalarov da iştirak edib.