Türkiyədə məşhur xareoqrafiya ilə bağlı cinayət işi açıldı FOTO


Dünya 23 Okt 2017 14:14:03 351 0

Türkiyədə məşhur xareoqrafiya ilə bağlı cinayət işi açıldı  FOTO

Türkiyə çempionatı çərçivəsində baş tutan "Qalatasaray" - "Fənərbağça" derbisindən öncə açılan xareoqrafiya böyük əks-səda doğurub.   Son.az azxeber.com-a istinadən xəbər verir ki, bu xareoqrafiya ilə bağlı "Sabah" qəzetinin yazarı Ahmet Çakar şok açıqlama verib.   O deyib ki, stadionda "Ultraslan" tərəfindən açılan xareoqrafiya siyasi məqsəd daşıyır və FETÖ ilə bağlıdır.   Yazar deyib ki, xareoqrafiyada əks olunan Rokkinin də heykəli Pensilvaniyadadır və orada "siz diz çökdüyünüz üçün, onlar böyük görünür. Ayağa qalx" şüarı xalqa müraciətdir.   Bununla bağlı Türkiyə Baş Prokurorluğu tərəfindən araşdırma başlayıb. 

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid foto