Kataloniyanın Fransadakı nümayəndəsi: “Münaqişə yalnız Avropa İttifaqının vasitəçiliyi ilə tənzimlənə bilər”


Dünya 23 Okt 2017 13:55:31 329 0

Kataloniyanın Fransadakı nümayəndəsi: “Münaqişə yalnız Avropa İttifaqının vasitəçiliyi ilə tənzimlənə bilər”

Marti Anqladanın sözlərinə görə, Belçikanın baş naziri Şarl Mişel ittifaqın vasitəçi olması təklifi ilə çıxış edib

“İspaniya ilə Kataloniya arasında problem yalnız Avropa İttifaqının vasitəçiliyi ilə tənzimlənə bilər”.

“Report” “Arqumentı i faktı”a istinadən xəbər verir ki, bunu Kataloniya Muxtar Əyalətinin Fransadakı nümayəndəsi Marti Anqlada bildirib.

O, Avropa İttifaqının İspaniya ilə Kataloniya arasındakı münaqişənin həllinə vasitəçi olmaqdan imtina etməsi ilə bağlı fikirlərlə razılaşmadığını vurğulayıb. M.Anqladanın sözlərinə görə, Belçikanın baş naziri Şarl Mişel ittifaqın vasitəçi olması təklifi ilə çıxış edib.

Qeyd edək ki, Avropa İttifaqı Kataloniyanın İspaniyanın tərkibindən çıxması ilə bağlı keçirdiyi “referendumu” və onun nəticələrinin tanımadığını, habelə əyalətlə mərkəzi hakimiyyət arasındakı mövcud münaqişəni krallığın daxili işi saydığını bəyan edib.