"Montella başa düşmür ki, videotəkrara nəzarət edən hakimlər hər şeyi görür"


İdman 23 Okt 2017 13:23:00 289 0

"Montella başa düşmür ki, videotəkrara nəzarət edən hakimlər hər şeyi görür"

İtaliya Hakimlər briqadasının rəhbəri Marselo Niççi "Milan"ın baş məşqçisi Vinçenzo Montellanın videotəkrar sistemi barədə narazılığına münasibət bildirib. Goal.az xəbər verir ki, italiyalı mütəxəsis "Rai" radiosuna açıqlamasında bu mövzuya toxunub. 

"Montella başa düşmür ki, videotəkrara nəzarət edən hakimlər hər şeyi görür. Ona atmacalı cavab verməyəcəm. O, futbolun yeni mərhələsinə uyğunlaşmalıdır.

Hər kəs öz uğuruna görə narahatdır. Fikrimcə, sinirli olmaq normaldır. Amma Montellanın komandası qalib gəlsəydi, mətbuat konfransında şikayətlənməzdi. Hakimlik dəyişib. Biz yeni texnologiyadan istifadəni intensivləşdirmək istəyirik. Hər kəs bunun faydalı olduğunu bilir. Amma istənilən vaxt sürpriz meydana çıxa bilir" - Niççi deyib.