Türkiyə İŞİD sıralarında döyüşmüş Rusiya ordusunun keçmiş zabitini Tacikistana təhvil verib


Dünya 23 Okt 2017 13:18:00 255 0

Türkiyə İŞİD sıralarında döyüşmüş Rusiya ordusunun keçmiş zabitini Tacikistana təhvil verib

Denis Xismaov bu ilin aprelində Suriyadan qayıdarkən Türkiyə ərazisində həbs olunub

Türkiyə Suriya və İraqda terrorçu İŞİD qruplaşmasının sıralarında döyüşmüş Rusiya Müdafiə Nazirliyinin keçmiş zabiti, 34 yaşlı Denis Xisamovu Taciksitana təhvil verib.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Tacikistanın Daxili İşlər Nazirliyi yayıb.

O, bu ilin aprelində Suriyadan qayıdarkən Türkiyə ərazisində həbs olunub.

Məlumata görə, D.Xismaov 1983-cü il dekabrın 18-də Krasnodarda doğulub. Ali təhsilli, texnika elmlər namizədidir. Rusiya Müdafiə Nazirliyinin kapitanı olub. 2015-ci ilin mayında qanunsuz yolla Tacikistan pasportu əldə edib. Bu pasportla o, Rusiyadan Türkiyəyə uçub, oradan isə terrorçu İŞİD qruplaşmasının sıralarına qoşulub.

Məlumata görə, Tacikistanın hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. İstintaq araşdırması başa çatdıqdan sonra D.Xismaov Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verəcək.