"Muğanbank" "Union Pay Classic", "Union Pay Gold", "Union Pay Platinum" və "Union Pay Diamond" kart məhsullarını təklif edəcək


Digərləri 23 Okt 2017 12:24:00 345 0

"Muğanbank" "Union Pay Classic", "Union Pay Gold", "Union Pay Platinum" və "Union Pay Diamond" kart məhsullarını təklif edəcək

"Muğanbank" ASC-nin plastik kartlar departamentin direktoru Anar Axundovun müsahibəsi.

- Azərbaycan iqtisadiyyatının inkişafında nağdsız hesablaşmaların rolunu necə qiymətləndirirsiniz?

- Müasir dövrün tələblərindən irəli gələrək maliyyə bazarının daha da inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əsas məqsədi ölkədə iqtisadiyyatın inkişafının keyfiyyətcə yeni mərhələyə keçməsindən, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi, iqtisadi sistemin subyektləri arasında, eləcədə korporativ sektorda şəffaflığın artırılması, o cümlədən bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasından ibarətdir.

- Nağdsız hesablaşmaların stimullaşdırılması üçün bank hansı addımlar atır? Fikrinizcə, Azərbaycanda nağdsız hesablaşmaların artımının stimullaşdırılmasına hansı addımlar kömək edər?

- "Muğanbank" ASC nağdsız hesablaşmaların stimullaşdırılması və plastik kart sahiblərinin rahatlığını təmin etmək məqsədi ilə 700-dən çox POS-terminal, 60-a yaxın bankomatla xidmət göstərir, "Mobile Banking", "Internet Banking", "SMS Notification", "3D secure", "Card to card", "Cash by code" xidmətlərindən yararlanmağı təklif edir.

Qeyd etmək istərdik ki, "Mobile Banking"  tətbiqi tam pulsuz olması ilə yanaşı, müştərilərə öz plastk kart hesablarına günün istənilən vaxtında nəzarət etmək, "Card to card" (kartdan karta) əməliyyatlarını, kommunal və bir çox ödənişləri sərbəst şəkildə həyata keçirmək imkanı verir. Bundan əlavə diqqətinizə çatdırmaq istərdim ki, "Mobile Banking" proqramının daha da genişləndirilməsi məqsədi ilə bu proqrama bankımızın məhsulu olan "Monex" təcili pul köçürmə sistemi, həmçinin kredit ödənişləri xidməti də inteqrasiya olunacaqdır. Müştərilərimiz "Monex" təcili pul köçürmə sistemi vasitəsi ilə plastik kartlarına komissiyasız mədaxil edə, kredit ödənişlərini rahat şəkildə həyata keçirə, az xidmət haqqı ödəməklə ölkə daxili və xaricinə pul köçürmələri həyata keçirə bilərlər. www.muganbank.az saytından və ya 933 qaynar xəttimizə zəng etməklə daha ətraflı məlumat əldə etmək olar.

Fikrimcə, qeyd etdiyim xidmətlər Azərbaycanda nağdsız hesablaşmaların artımının stimullaşdırılmasına kömək edəcək faktorlardan biridir.

- Nağdsız hesablaşmalar haqqında yeni qanunların ("Nağdsız hesablaşmalar haqqında" qanunun qəbul edilməsi, əmək haqlarının nağdsız şəkildə verilməsi və s.) tətbiq olunması bankda plastik kartlar dövriyyəsinə necə təsir göstərib?