Kriminal avtoritet həbsdə öldü


Digərləri 23 Okt 2017 12:14:00 349 0

Kriminal avtoritet həbsdə öldü

Azərbaycanda məhbus ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan, 1952-ci il təvəllüdlü Elxan Kərim oğlu Fərhadov xəstəlikdən dünyasını dəyişib.   Kriminal aləmin üzvü olduğu bildirilən E.Fərhadov 2009-cu ildə Ağdaş rayonunda keçirilən toy mərasimində qanunsuz gəzdirdiyi "Makarov" tipli tapança ilə həmyerlisi, 1957-ci il təvəllüdlü Rahim Mətləb oğlu İbrahimovu güllələyərək qətlə yetirib.   Məhkəmənin qərarı ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.