38 qadına təcavüzdə günahlandırılan rejissor: "Mümkün deyil, şəkər xəstəsiyəm" FOTO


Dünya 23 Okt 2017 12:16:00 386 0

38 qadına təcavüzdə günahlandırılan rejissor: "Mümkün deyil, şəkər xəstəsiyəm"  FOTO

Amerikalı prodüser Harvi Vaynşteyn, kinorejissor Roman Polanski qalmaqalından sonra indi də populyar kinorejissorlardan biri, 72 yaşlı Ceyms Tobak ilə bağlı təcavüz iddiaları yayılmaqdadır. 

Son.az Britaniya mediasına istinadla bildirir ki, rejissor 38 qadına təcavüz etməkdə günahlandırılır. İddialara görə, o, modelləri otel otağına apararaq onlarla cinsi əlaqədə olmaq istəyib.

72 yaşlı, "Oskar"a namizədliyini irəli sürən rejissor iddiaları təkzib edib və bunun bioloji cəhətdən də mümkün olmadığını söyləyib.

"Mən şəkər xəstəsiyəm və ürəyimdə problem var. Bioloji cəhətdən mümkün deyil. Həm də onu iddia edən şəxsləri tanımıram. Onları görmüş olsam belə, 5 dəqiqədən artıq vaxt ayırmamışam".


Xəbərə aid fotolar