Ermənilərin gözünə hər yerdə Azərbaycan raketləri görünür


Siyasət 23 Okt 2017 12:17:00 292 0

Ermənilərin gözünə hər yerdə Azərbaycan raketləri görünür

Qorxu və səksəkə içində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları, o cümlədən tank əleyhinə idarəolunan "Spayk" raket kompleksləri görünür.

Bunu Son.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlik bəyan edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşündən qısa müddət sonra Azərbaycan əsgərini qətlə yetirən Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı yaydığı növbəti iftira dolu məlumatda öz təxribatlarını ört-basdır etmək və dünya ictimaiyyətinin fikrini törətdikləri cinayətdən yayındırmaq məqsədini güdür:

"Aprel hadisələrində Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi. İndi də Ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır".

Zabit Əsgərov Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində