İtaliyadakı REFERENDUMUN nəticələri


Dünya 23 Okt 2017 12:19:43 312 0

İtaliyadakı REFERENDUMUN nəticələri

İtaliyanın şimalında yerləşən Lombardiya və Veneto vilayətlərində geniş muxtariyyət verilməsi ilə bağlı referendum keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, seçicilərin böyük əksəriyyəti muxtariyyəti dəstəkləyib.

Venetoda seçicilərin 98 faizi vilayətə daha geniş muxtariyyət verilməsinə səs verib. Bu vilayətdə seçici fəallığı 60 faizə yaxın olub.

Lombardiyada isə muxtariyyətin lehinə 95 faiz seçici səs verib. Burada seçicilərin fəallığı 40 faizə yaxın olub.