İndoneziya Silahı Qüvvələrinin Baş Qərargah rəisini ABŞ-a buraxmayıblar


Dünya 23 Okt 2017 11:53:26 238 0

İndoneziya Silahı Qüvvələrinin Baş Qərargah rəisini ABŞ-a buraxmayıblar

Xarici işlər naziri bildirib: “Vaşinqtondan məsələ ilə bağlı ətraflı izahat gözləyirik”

Vaşinqtonda keçiriləcək beynəlxalq tədbirdə iştirak etmək üçün ABŞ-a gedən İndoneziya Silahı Qüvvələrinin Baş Qərargah rəisi Katot Nurmantyo Birləşmiş Ştatlara buraxılmayıb. 

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, K.Nurmantyonu ABŞ-a amerikalı həmkarı Cozef Danford dəvət edib.

Məlumata görə, İndoneziya Silahlı Qüvvələri Baş Qərargahı rəisinin sənədləri arasında onun ABŞ-a girişi üçün vizası da olub. Buna baxmayaraq onu ölkəyə buraxmayıblar. 

İndoneziyanın xarici işlər naziri Retno Marsudi bildirib ki, rəsmi Vaşinqtonun məsələ ilə bağlı ətraflı izahat verməsini gözləyirlər: "Bu fövqəladə hadisədir. ABŞ-ın məsul şəxsləri ilə əlaqə saxlayıb, vəziyəti müzakirə etmək istəyirik”.