İnanılmaz kadrlar: ov ilə ovçu yerlərini dəyişdilər VİDEO FOTO


Digərləri 23 Okt 2017 11:58:00 317 0

İnanılmaz kadrlar: ov ilə ovçu yerlərini dəyişdilər  VİDEO  FOTO

Nəhəng balıq qəflətən sudan sıçrayır, dalğaların üzərində süzən quşu qapıb suya dalır.

Bu inanılmaz, fantastik səhnəni dünyanın ən məşhur rejissor və aparıcılarından biri, 91 yaşlı ser Devid Attenboro "Blue Planet II" sənədli filmində əks etdirib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, BBC teleradiokorporasiyasının sifarişi ilə çəkilən sənədli filmdə 76,5 kq ağırlığı olan nəhəng trevay balğının sudan sıçrayaraq quşu tutduğunu görmək olar.

Təbiətdə quşlar balıqları tuturlar. Bu balıq isə, sanki, təbiət qanunlarına meydan oxuyaraq quş ovlayıb.

Nəhəng trevay balıqları Hind və Sakit okeanlarda yaşayır.

Havay adalarında qədimlərdə bu balığı tanrı sayır, ona sitayiş edirdilər.


Xəbərə aid fotolar