Filippin ordusu Maravi şəhərini terrorçulardan tam azad edib


Dünya 23 Okt 2017 11:21:50 280 0

Filippin ordusu Maravi şəhərini terrorçulardan tam azad edib

Filippin ordusu oktyabrın 22-də şəhərdəki terrorçuları zərərsizləşdirmək məqəsdilə əməliyyat keçirib

Filippin ordusu Maravi şəhərini İŞİD terror qruplaşmasından tam azad edib.

Son.az "report"-a istinadən xəbər verir ki, bu barədə Filippinin müdafiə naziri Delfin Lorenzana ASEAN ölkələrinin müdafiə nazirləri rəhbərlərinin toplantısında bildirib.

"Maravidəki hərbi əməliyyatları tamamladığımızı bildirmək istəyirəm", - deyə nazir əlvə edib. 

Onun sözlərinə görə, Filippin ordusu oktyabrın 22-də şəhərdəki 30 terrorçunu zərərsizləşdirmək məqəsdilə əməliyyat keçirib. Əməliyyat nəticəsində şəhərdəki bütün girovlar xilas edilib.

CNN-in məlumatına görə, Filippin hökumətinin şəhəri yaraqlılardan tamamilə azad etməsi üçün apardığı əməliyyatlar beş ay davam edib. Bu müddətdə 900-dən çox terrorçu, o cümlədən silahlıların sırasında döyüşən xarici ölkə vətəndaşları və İŞİD terror qruplaşmasının liderləri öldürülüb.