Neft-Qaz Assosiasiyasının prezidenti: "SOCAR Ukraynanın investisiya mühitindəki dəyişikliklərə müsbət təsir göstərir"


İqtisadiyyat 23 Okt 2017 11:13:44 322 0

Neft-Qaz Assosiasiyasının prezidenti: "SOCAR Ukraynanın investisiya mühitindəki dəyişikliklərə müsbət təsir göstərir"

Dmitri Kulikin sözlərinə görə, "SOCAR Energy Ukraine" Kiyevdə qeyri-leqal neft-qaz biznesinin ləğvində fəal iştirak edib

"SOCAR Energy Ukraine" şirkəti Ukraynanın investisiya mühitindəki dəyişikliklərə müsbət təsir göstərir".

Bunu "rReport"un Ukrayna bürosunun əməkdaşına açıqlamasında Ukrayna Neft-Qaz Assosiasiyasının prezidenti Dmitri Kulik bildirib.

Onun sözlərinə görə, bu gün Ukraynadakı investisiya mühiti ölkədə fəaliyyət göstərən və şəffaflıq prinsiplərinə riayət edən xarici şirkətlər üçün əlverişsizdir: "SOCAR Ukrayna Neft-Qaz Assosiasiyasının ən fəal üzvlərindən biri kimi neft-qaz bazarının əlverişli şəraitdə fəaliyyət göstərməsinin genişləndirilməsi üçün mühüm addımlar atır. Həmçinin "SOCAR Energy Ukraine" Kiyevdə qeyri-leqal neft-qaz biznesinin ləğvində fəal iştirak edib".

D.Kulikin sözlərinə görə, şirkət nümayəndələri həmişə görüşlərə qatılır, Assosiasiyanın işçi qruplarında fəal iştirak edirlər, biznes fəaliyyətinin həyata keçirilməsi şərtlərinin asanlaşdırılması üçün təşəbbüslər irəli sürürlər.

O deyib edib ki, ölkədə İnfrastruktur Nazirliyinin mal göndərənlər və mal qəbul edənləri təhlükəli yüklərin daşınması üçün lisenziya əldə etməyə məcbur edən 156 nömrəli sərəncamı var: "SOCAR Energy Ukraine" şirkətinin Hüquq Departamentinin başçısı Mixail Tretyakov Assosiasiyada bu sərəncamın nə dərəcədə yerinə düşdüyü ilə bağlı məsələ qaldırıb. Öz fikrimi bildirim ki, İnfrastruktur Nazirliyinin xoş niyyətinə baxmayaraq, bu proses daha çox biznesin "nəzarətə götürülməsinə" bənzəyir. Mixail Tretyakovun səsləndirdiyi mövqe Ukrayna Neft-Qaz Assosiasiyasının üzvləri tərəfindən dəstəklənib. Bu məsələ ilə məşğul olmağa başladıq. Nəticədə, Dövlət Tənzimləmə Xidməti və İqtisadi İnkişaf və Ticarət Nazirliyi İnfrastruktur Nazirliyinə ya qərarın mətninin dəyişdirilməsinin zəruri olduğu, ya da sənədin hüquqi qüvvəsini itirəcəyi ilə bağlı sərəncam yollayıb".

D.Kulik əlavə edib ki, şirkətlərin Ukrayna Neft-Qaz Assosiasiyasına daxil olmalarının əsas meyarları qanunvericiliyə, bazar liderliyinə, nüfuzun qorunmasına riayət etməkdir. Onun sözlərinə görə, hazırda Assosiasiya təkcə Ukrayna neft-qaz bazarında liderlər sırasında olan yox, həm də düzgünlük və şəffaflıq prinsiplərinə riayət edən 13 Ukrayna və xarici şirkət daxildir.