Bakıda 4 nəfər maşının altında qalıb öldü


Digərləri 23 Okt 2017 11:08:00 252 0

Bakıda 4 nəfər maşının altında qalıb öldü

Bakıda ölümlə nəticələnən 4 yol qəzası baş verib.

Son.az lent.az-a istinadən xəbər verir ki, Binəqədi qəsəbəsində "Lada" markalı avtomobil 77 yaşlı qadını vurub öldürüb. Yasamal rayonunun Şərifzadə küçəsində isə "Honda" markalı avtomobil 42 yaşlı piyada qadının həyatına son qoyub.

Daha bir oxşar hadisə isə Qaradağ rayonunda baş verib. Burada "Mercedes" markalı avtomobil 58 yaşlı kişini vurub öldürüb.   Digər piyada ölümü isə şənbə günü qeydə alınıb. Suraxanı rayonu Qum adasında "Daewoo" markalı avtobus 50 yaşlı qadını vurub. Həmin qadının da həyatını xilas etmək mümkün olmayıb.   Bütün faktlarla bağlı araşdırma aparılır.