Azərbaycan gömrükçüləri 30 000 ədəd siqaretin realizə edilməsinin qarşısını alıb


Sosial 23 Okt 2017 10:50:28 298 0

Azərbaycan gömrükçüləri 30 000 ədəd siqaretin realizə edilməsinin qarşısını alıb

Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Şirvan Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşi mübarizə şöbəsinə Sabirabad rayon sakininin idarə etdiyi "Saipa" markalı minik avtomobilində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin realizə ediməsi barədə məlumat daxil olub.

“Report” DGK-ya istinadən xəbər verir ki, idarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində həmin avtomobil Sabirabad rayonu ərazisində saxlanılıb və gömrük baxışı keçirilməsi məqsədilə İdarənin inzibati binasının həyətinə gətirilib. Sürücünün iştirakı ilə aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən üzərində aksiz markası olmayan 30 000 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.