Yaponiyada "Lan" fəlakəti


Dünya 23 Okt 2017 10:59:00 295 0

Yaponiyada "Lan" fəlakəti

Yaponiyanın üzləşdiyi "Lan" qasırğası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, daha 85 nəfərin isə qasırğa nəticəsində müxtəlif xəsarətlər aldığı bildirilib.

Fukuoka şəhərində 63 yaşlı kişi üzərinə ağac aşması nəticəsində ölüb. Kisivada şəhərində isə bir qadın sel sularında qərq olan avtomobilin içində ölüb.

Fukusima prefekturasında 81 min sakin təxliyə barədə xəbərdarlıq alıb.

Qasırğa adada böyük dağıntılara da səbəb olub. Əksər evlərin damı güclü külək nəticəsində uçub, aramsız yağışlar subasmalara və daşqınlara səbəb olub, telefon xətləri qırılıb.