Azərbaycan nefti ucuzlaşdı


Digərləri 23 Okt 2017 10:18:00 309 0

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,12 dollar və yaxud 0,21% azalıb.

Son.az report-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 58,51 dollar/barelə bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.