19 yaşlı gənc bıçaqlanıb
Kriminal 23 Okt 2017 08:38:00 320 0
Bərdə rayonunun Zümürxan kəndində bıçaqlanma hadisəsi baş verib.
Son.az report.az-a istinadən bildirir ki, 1998-ci il təvvəlüdlü kənd sakini Quliyev Ayxan Nofel oğlu həmkəndlisi tərəfindən bıçaqlanıb.
Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, A.Quliyev baş nahiyəsi və sağ əlindən bıçaq xəsarəti alıb.
Mənbə: milli.az