Bakı-Qazax yolunda maşının təkərini dəyişmək istəyən sürücü bədbəxt hadisə ilə üzləşib


Sosial 23 Okt 2017 08:42:16 311 0

Bakı-Qazax yolunda maşının təkərini dəyişmək istəyən sürücü bədbəxt hadisə ilə üzləşib

Diskin onun başına dəyməsi nəticəsində sürücü kəllə-beyin travması alıb

Bakı şəhərində bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, 1984-cü il təvəllüdlü Məcidov Fikrət Elman oğlu Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisinə düşən hissəsində avtomobilinin təkəri boşaldığı üçün onu çıxardaraq yenisi ilə əvəz etmək istəyib.

Lakin nəticədə təkərin diski çıxaraq onun baş nahiyəsinə dəyib. Yaralı xəstəxanaya yerləşdirilib. Məlum olub ki, F.Məcidov ağır kəllə-beyin travması alıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.