Biləcəridə yol kənarı ilə gedən qadını maşın vurub


Sosial 23 Okt 2017 08:44:48 309 0

Biləcəridə yol kənarı ilə gedən qadını maşın vurub

Sürücü saxlanılıb

Bakının Binəqədi rayonunda yaşlı qadını avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Biləcəri qəsəbəsində baş verib.

1965-ci il təvəllüdlü Məmmədova Elnurə Novruz qızı yol kənarı ilə hərəkət edən zaman onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.