Virciniyada atışma nəticəsində iki nəfər öldürülüb


Dünya 23 Okt 2017 07:24:38 277 0

Virciniyada atışma nəticəsində iki nəfər öldürülüb

Bir nəfər ağır yaralanıb

ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində atışma baş verib.

“Report” xəbər verir ki, bu barədə şəhər polisinin "Twitter"də yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, silahlı insident nəticəsində azı iki nəfər ölüb.

"Atışma nəticəsində iki nəfər ölüb, bir nəfər ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib", - deyə məlumatda vurğulanır.

Hazırda faktla bağlı araşdırma aparılır.